Dəniz səyyahı Sindibadinin nağılı
Dəniz səyyahı Sindibadinin nağılı,(Xalq Dilindən),Uşaq Ədəbiyyatı,Səh:80
11:00
Mən bu kitabı da sevdim. Amma təbii ki, də “Mənim
sevimli kitabım”-dan çox sevmədim. Bu kitabın tərcüməsi Mustafa Əfəndiyevindir. Mən
burada dəniz səyyahı Sindibadini sevdim. Çunki o heç nədən qorxmur və hamı ilə
dost olur.Dəniz səyyahı Sindibadinin bir adaşı var. O da hambal Sindibadidir. Dəniz
səyyahı Sindibadi varlıdır, hambal Sindibadi isə hamının dərdini çəkir. Dəniz səyyahı
Sindibadi Hambal Sindibadiyə səyahətlərindən danışır. Hambal Sindibadi isə dinləyir. Sonra orada şam yeməyini yeyir. Dəniz səyyahı Sindibadi 7 adanı səyahət
edib. Bunlar da bir-birindən dəhşətlidir. Qarşısına cürbəcür insanlar çıxır. Biri
adamyeyən, biri boyun istəyən və.s. görur. Ruh quşu və yumurtasına da rast gəlir. Bunları danışıb hambal Sindibadiyə 100 misqal qızıl verir. Bunun sayəsindədə
hambal Sindibadi varlanır. Dəniz səyyahı Sindibadinin evi super idi. Gul- çiçəklə
bəzənmiş bu evdən hər zaman quş cəh-cəhlərinin səsi gəlirdi.
Qısacası, kitab maraqlı idi.
Qısacası, kitab maraqlı idi.