Dəniz səyyahı Sindibadinin nağılı

Dəniz səyyahı Sindibadinin nağılı,(Xalq Dilindən),Uşaq Ədəbiyyatı,Səh:80

11:00



   Mən bu kitabı da sevdim. Amma təbii ki, də “Mənim sevimli kitabım”-dan çox sevmədim. Bu kitabın tərcüməsi Mustafa Əfəndiyevindir. Mən burada dəniz səyyahı Sindibadini sevdim. Çunki o heç nədən qorxmur və hamı ilə dost olur.Dəniz səyyahı Sindibadinin bir adaşı var. O da hambal Sindibadidir. Dəniz səyyahı Sindibadi varlıdır, hambal Sindibadi isə hamının dərdini çəkir. Dəniz səyyahı Sindibadi Hambal Sindibadiyə səyahətlərindən danışır. Hambal Sindibadi isə dinləyir. Sonra orada şam yeməyini yeyir. Dəniz səyyahı Sindibadi 7 adanı səyahət edib. Bunlar da bir-birindən dəhşətlidir. Qarşısına cürbəcür insanlar çıxır. Biri adamyeyən, biri boyun istəyən və.s. görur. Ruh quşu və yumurtasına da rast gəlir. Bunları danışıb hambal Sindibadiyə 100 misqal qızıl verir. Bunun sayəsindədə hambal Sindibadi varlanır. Dəniz səyyahı Sindibadinin evi super idi. Gul- çiçəklə bəzənmiş bu evdən hər zaman quş cəh-cəhlərinin səsi gəlirdi.
Qısacası, kitab maraqlı idi.

You Might Also Like

0 yorum

SUBSCRIBE

Like us on Facebook