Bu kitabda bölüm-bölümdür. Bölümlərin öz adları var. Amma mən 1 ci bölümün adını yazdım. Mən əslində kitabı sevdim. Amma bir problem varki, bu kitab çox uşağsı kitabdı. Mən qısa kitabları sevdiyimə görə bu kitabları oxudum. Bu kitab 10 bölümdən ibarətdir.Ən sevdiyim elə 1 ci kitab(Müzik Adası) oldu. Əslində bu daha çox balaca uşaqlar üçündü amma mən anam qardaşıma oxuyunca maraq üçün özümdə oxudum.Əgər evdə balaca uşaq varsa məncə bu kitab o evde olmalıdı.Uzun sözün qısası bu kitab uşaqlar üçündür.
Bu kitabda bölüm-bölümdür.Bu kitab adından göründüyü kimi tarixdən bəhs edən hekayələrdən ibarətdir. Bu kitabda məhşur alimlərin,mühəndislərin həyatından bəhs edir. Keçmişdə hansı işlə məşğul olduqlarını bu kitabdan öyrənə bilərsiniz. Burada mənim ən sevdiyim hekayələr:Lal mühəndis,Əlil arabasında alim olmaq. Mən əslində bütün hekayələri sevdim. Amma yenə də bu hekayələri daha çox sevdim. Çünki bu kekayələr adından gördüyünüz kimi sağlıqlarında problem olan alimlər haqqında bəhs edir. Birincisində Mühəndis körpü eləmək istəyir. Edəndə körpü yıxılır və mühəndis körpünün altında qalır. Lal olur. Amma bir barmağını tərpədə bilir. Bir barmağı ilə həyat yoldaşına körpünü izah edir. Həyat yoldaşıda bunları işcçilərə deyir və beləliklə körpü düzəıir. Mən niyə sevdim deyirsinizsə, çünki nə olursa olsun mühəndis sözündən dönmədi. İkinci mətində belə idi. Alim keçmişdə çox oxuyur amma bir xəstəliyə tutulur. Amma yenədə pes etmir.Uzun sözün qısasıkitab çox maraqlı idi.
Adından gördüyünüz kimi bu lətifələrdən ibarət kitabdır.Lətifələr mənim kimi sevən var? Mən sevirəm. Buradada gülməktən qarnımı ağrıdan 3 lətifədən bəhs edəcəm. Bunların adı:Məmləkətdən Xəbərlər,Niyə?,Soyuq çay. Birinci lətifədə insanın başına gələcək ən pis şey gəlib. Mən insanın üz ifadəsini çox maraq etdim. İkinci lətifədə uşaqın sözü məni gülməkdən öldürdü.Nənə bu uşaqla imtahan edilir.Üçüncü lətifədə isə çayçı adamla imtahan edilir.Mən daha lətifəni yazmıram qoy siz oxuyanda öyrənərsiz. Amma bir lətifəni heç başa düşmədim. Adı:İşi Kim Görəcək?-di.Bu lətifədə ağlım qatışdı.Kim gülmək istəyirsə bu kitab tam onluqdur.Bəzi lətifələr heçdə gülməli olmasa da gülməli hissələri var.
Bəli bu kitab yetəri qədər maraqlıdır. İlk vaxtlar Merinin xasiyyətini heç bəyənmədim. O dayısıgilə gələndə xasiyyəti tamamilə düzəldi. Elə bil Meri gedib yerinə ağlı-başı yerində olan qız gəlib. Bunun xasiyyəti necə belə oldu deyirsinizsə, oranın havası ona çox yaxşı təsir etdi. Dayələri ondan qorxub ona yaxşı davrandığı üçün o ərköyünləşmişdi. Ona Martanın belə davranmasını görəndə ağlı-başından çıxmışdı. Amma sonralar belə olması ona normal gəlirdi. Bu kitabda ən sevdiyim səhnə Merinin bağı açdığı hissədir. Bu zaman mənim içimdə maraq oyandı. Və içimdə suallar yaranmağa başladı. Görəsən bağın içində nə var idi? Orada ağac var? Burada ən sevdiyim xarakter Meri idi? Siz indi niyədeyirsiz? Çünki, o ilk başlarda ərköyün olsa bilə sonralar düzəlir. Ən sevdiyim xasiyyəti isə həyatcanlı, ıçində aşıb daşan bir yaşama sevinci var idi. Müəllif burada əsəri yazmaqda məqsədi nə idi? O bizə nəyi öyrətmək istiyirdi? Mən düşünürəm ki müəllif bizi həyatcanlı olmağı öyrədir.
Bu kitab 7-ci kitabdır. Mən bu kitabın digər
bölmələrinin hamısını oxumaq fikrindəyəm. Çünki, bu
kitabların mövzuları mənim üçün maraqlıdır. Bu kitabı da sevdim. Çünki, mən yad planetliləri sevirəm. Mənim burada ən sevdiyim hissə "Ya ay olmasaydı" hissəsi oldu. Neblukad
adlı adam olur və o həmişə axşamlar göylərə baxır.O qədər baxırdı ki,səhər-səhər
başını aşağıya endirə bilmirdi.