Sirli bağ,(Frensis Börnet),Dünya Uşaq Ədəbiyyatı,Səh:319,Zəngin ailələrin uşaqları niyə səfeh böyümür?
03:14 Bəli bu kitab yetəri qədər maraqlıdır. İlk vaxtlar Merinin xasiyyətini heç bəyənmədim. O dayısıgilə gələndə xasiyyəti tamamilə düzəldi. Elə bil Meri gedib yerinə ağlı-başı yerində olan qız gəlib. Bunun xasiyyəti necə belə oldu deyirsinizsə, oranın havası ona çox yaxşı təsir etdi. Dayələri ondan qorxub ona yaxşı davrandığı üçün o ərköyünləşmişdi. Ona Martanın belə davranmasını görəndə ağlı-başından çıxmışdı. Amma sonralar belə olması ona normal gəlirdi. Bu kitabda ən sevdiyim səhnə Merinin bağı açdığı hissədir. Bu zaman mənim içimdə maraq oyandı. Və içimdə suallar yaranmağa başladı. Görəsən bağın içində nə var idi? Orada ağac var? Burada ən sevdiyim xarakter Meri idi? Siz indi niyədeyirsiz? Çünki, o ilk başlarda ərköyün olsa bilə sonralar düzəlir. Ən sevdiyim xasiyyəti isə həyatcanlı, ıçində aşıb daşan bir yaşama sevinci var idi. Müəllif burada əsəri yazmaqda məqsədi nə idi? O bizə nəyi öyrətmək istiyirdi? Mən düşünürəm ki müəllif bizi həyatcanlı olmağı öyrədir.
0 yorum